0
Tuesday 23 June 2020 - 08:37

Rusiya ilə ABŞ arasında Vyanada keçirilən danışıqların təfərrüatları məlum olub

Story Code : 870337
Rusiya ilə ABŞ arasında Vyanada keçirilən danışıqların təfərrüatları məlum olub
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bazar ertəsi strateji sabitlik mövzusunda Vyanada keçirilən Rusiya-ABŞ məsləhətləşmələri başa çatıb. 

Danışıqlarda Rusiya nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini Sergey Ryabkov, ABŞ nümayəndə heyətinə isə Marşal Billinqsley rəhbərlik edib. Müşavirə təxminən on saata yaxın davam edib.

“İki ölkə prezidentlərinin göstərişinə uyğun olaraq, silah nəzarətinə dair perspektivlərin, o cümlədən Orta və Yaxın Mənzilli Raketlərin Ləğvinə dair Müqavilənin uzadılması, sabitliyin və proqnozlaşdırılmanın qorunması məsələlərinin müzakirəsi davam etdirilib, habelə beynəlxalq təhlükəsizlik sahəsində problemlərin həlli ilə bağlı hərtərəfli dialoq aparılıb”, - deyə nazirliyin məlumatında vurğulanır.