0
Tuesday 23 June 2020 - 11:30

ABŞ-da etirazçılar sabiq prezidentin heykəlini dağıtmaq istəyib

Story Code : 870352
ABŞ-da etirazçılar sabiq prezidentin heykəlini dağıtmaq istəyib
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, etirazçıların bir qismi abidənin ətrafına çəkilmiş müvəqqəti hasarı yıxaraq heykəli dağıtmağa cəhd ediblər.

Bu zaman heykəl ətrafında canlı sədd yaradan polis gözyaşardıcı qazdan istifadə edib. 

Bir neçə gün əvvəl isə “Lafayett” meydanında quraşdırılmış və N-Strit küçəsində hərəkətə mane olan çadırların yığışdırılması zamanı etirazçıların atdıqları müxtəlif əşyalar nəticəsində dörd polis zabiti xəsarət alıb.

Qeyd edək ki, Minneapolis ştatında polis tərəfindən saxlanılan afroamerikalı Corc Floydun ölümündən sonra ABŞ-ın müxtəlif ştat və şəhərlərini etiraz dalğaları bürüyüb. İnsanlar küçəyə çıxaraq polis zorakılığına və irqçiliyə qarşı şüarlar səsləndirməyə başlayıblar.