0
Tuesday 23 June 2020 - 12:47

Moskva: Avropa üçlüyünün İrana təzyiqi HBFP öhdəliklərinə ziddir!

Story Code : 870379
Moskva: Avropa üçlüyünün İrana təzyiqi HBFP öhdəliklərinə ziddir!
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova bazar ertəsi günü deyib: "İngiltərə, Almaniya və Fransa İrana qarşı nüvə razılaşmasına əsasən mübahisələrin həlli mexanizmini aktivləşdirmək istəyir. Bu qərar Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaları bərpa etməsinə bəhanə olacaq. Həmçinin üçlük ölkələrinin bəyanatları və Beynəlxalq Atom Enerjisi Agentliyinin İrana qarşı təzyiqləri İranla 5+1 arasında əldə edilən Hərtərəfli Birgə Fəaliyyət Planındakı öhdəliklərə ziddir."

Açıqlamaları Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yer alan Maria Zaxarova deyib: "İngiltərə, Fransa və Almaniya İranı inandırmağa çalışırdı ki, onlar Hərtərəfli Birgə Fəaliyyət Planına (HBFP) sadiq qalacaqlar və ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların mənfi təsirlərini aradan qaldırmaq üçün addımlar atacaqlar. Amma bu gün onlar vədlərinin tərsinə əməl edərək Beynəlxalq Atom Enerjisi Agentliyində İranın nüvə proqramı ilə əlaqədar gərginliyi artırmağa yönəlmiş bəyanatlar səsləndirir və Mübahisələrin Həlli Mexanizmini aktiv etməyə çalışırlar."

O əlavə edib: "Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə təsisatlarına baxış keçirməsi mövcud standartlar çərçivəsində mümkündür. Əminik ki, İranın nüvə təsisatlarına baxış keçirilə bilməsi və digər suallar mövcud standartlar çərçivəsində həll edilə bilər."

Zaxarova bildirib: "Təsadüfi deyil ki, İrana qarşı qətnamə cəmiyyəti dünya əhalisinin yarıdan çoxunu təşkil edən həmçinin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan iki ölkənin dəstəyini qazana bilmədi!" 

Rusiya XİN müayəndəsi Rusiyanın İrana qarşı təzyiqlərlə razılaşmadığını vurğulayıb. Zaxarova deyib ki, artıq Britaniya, Fransa və Almaniya da anlayır ki, HBFP razılaşması ABŞ-ın onu birtərəfli şəkildə pozması səbəbindən problemlərlə üzləşib.
 
Source : IslamTimes