0
Tuesday 23 June 2020 - 13:45

Bolton Trampla Çin prezidentinin seçkilərlə bağlı danışıqlarını ifşa etdi

Story Code : 870401
Bolton Trampla Çin prezidentinin seçkilərlə bağlı danışıqlarını ifşa etdi
Son açıqlamaları ilə Amerikanın siyasi arenasında böyük qalmaqallara səbəb olan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton Donald Trampın çinli həmkarı ilə seçkidə yenidən qələbə qazanacağı mövzusunda dəfələrlə danışdığını bildirib.

Bolton Amerika Milli Radiosuna (NPR) verdiyi müsahibədə deyib ki, Tramp yenidən ABŞ prezidenti seçilmək barədə Si Tszinpinlə dəfələrlə müzakirə aparıb. Trampın sabiq məsləhətçisinin dediyinə görə, bu danışıqlarda Çin prezidenti Trampın üçüncü müddətə namizəd ola bilməyəcəyi üçün təəssüfləndiyini bildirib. Boltonun sözlərinə görə, Tramp da bu məhdudiyyətə görə təəssüf hissi keçirdiyini söyləyib.

Boltan müsahibədə deyib: "O zaman düşündüm ki, dünyanın avtoritar rejim liderləri ilə bu cür danışıqlar Trampa və onun prezidentliyinə yaxşı təsir göstərməyəcək..."

ABŞ prezidentinin sabiq müşaviri öz kitabında Trampın Si Tszinpindən 2020-ci il prezident seçkilərində qalib gəlmək üçün kömək istədiyini yazıb.

Washington Postun yazdığına əsasən, Tramp Çin prezidentindən xahiş edib ki, rəsmi Pekin təsərrüfat üçün lazım olan təchizatları ABŞ-dan alaraq Amerika xalqı arasında Trampın nüfuzunun artmasına yardım etsin.
Source : IslamTimes