0
Tuesday 23 June 2020 - 15:44

İsrail: Ərəbistan və digər ərəb ölkələri ilə rabitələrimiz var

Story Code : 870419
İsrail: Ərəbistan və digər ərəb ölkələri ilə rabitələrimiz var
Sionist rejimin İqtisadiyyat və Sənaye naziri Eli Kohen Səudiyyə Ərəbistanı ilə işğalçı İsrail rejiminin əlaqələrini ifşa edib və bəzi ərəb ölkələri, o cümlədən Fars Körfəzi Həmkarlıq Şurası rəsmiləri ilə görüşlər keçirdiklərindən danışıb.

Eli Kohen "Elaph" qəzetinə verdiyi müsahibədə bəzi ərəb ölkələrinin liderləri ilə münasibətləri barədə deyib: "Bu ölkələr xüsusilə təhlükəsizlik, texnologiya və kənd təsərrüfatı sahəsində İsrail ilə həmkarlıq etmək istəyir. Biz bu sahələrdə qabaqcıl ölkələrdən biriyik..."

Sionist rəsmi ərəb ölkələri rəhbərləri və Fars Körfəzi Əməkdaşlıq Şurasının bəzi rəsmiləri ilə görüşdüyünü və bəziləri ilə müqavilələr bağladığını söyləyib.

Kohen Səudiyyə Ərəbistanının “Neum” layihəsi haqda deyib: "Bu böyük bir layihədir. İsrail texnologiya və süni itellekt zəminəsində inkişaf etmiş ölkələrdəndir. Bu səbəbdən ərəb ölkələri bizimlə həmkarlıq etmək istəyir...
Ərəb ölkələri Fələstinlə İsrail arasındakı münaqişə bitənədək bizimlə əlaqə qurmağı təxirə salmaq istəyir. Amma bu proses 10 ildən uzun çəkə bilər. Müştərək mənafeləri düşünməlidir. Onlar gözləməyə üstünlük verəcək, yoxsa həmkarlıq edəcəklər? Məncə onların xeyri həmkarlıq etməkdədir. Mən Fars Körfəzi Həmkarlıq Şurasına üzv ölkələrə səfər etməkdən və onların İsrailə gəlməsindən şad olaram."

İşğalçı rejim naziri Türkiyənin İraq, Suriya, Liviya və digər məntəqələrdəki fəaliyyətlərini və İran, Qatar, Sudanla əlaqələrini nəzarətdə saxladıqlarını bildirib. Qəzetin "İsrail Türkiyənin fəaliyyətlərinə görə narahatdırmı" sualına nazir cavab verməkdən imtina edib.
Source : IslamTimes