QR CodeQR Code

İşğalçı İsraildə daha 459 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

24 Jun 2020 00:46

İslamTimes: İşğalçı İsraildə son sutka ərzində yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 459 nəfər artaraq ümumilikdə 21 467-yə çatıb.


Həmçinin eyni diaqnozdan bir nəfər ölüb, ölənlərin ümumi sayı 308 olub.

APA xəbər verir ki, bu barədə sionist rejimin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hazırda İsraildə 5299 koronaviruslu xəstə var, onlardan 40 nəfəri ağır vəziyyətdədir, daha 27 nəfər isə süni tənəffüs aparatına qoşulub.

 


Story Code: 870490

News Link :
https://www.islamtimes.org/az/news/870490/işğalçı-israildə-daha-459-nəfər-koronavirusa-yoluxub-1-ölüb

Islam Times
  https://www.islamtimes.org