QR CodeQR Code

Trampdan ABŞ Konqresinin müsəlman üzvünə irqçi hücum

24 Jun 2020 00:01

İslamTimes: Donald Tramp Nümayəndələr Palatasının müsəlman üzvü İlhan Omara qarşı irqçi hücumunu davam etdirərək, bu siyasətçinin ABŞ-ı vətəni Somali ilə müqayisə etmək istədiyini söyləyib.


Deyerler.org xəbər verir ki, ABŞ-ın irqçilik və polis zorakılığına qarşı güclü xalq etirazları təhdidi ilə üzləşdiyi bir vaxtda, Donald Tramp tərəfdarlarına şənbə günü Oklahoma ştatının Tulsa şəhərindəki ilk görüşündə İlhan Omarın fikirlərini amerikalılara tətbiq etməyə çalışan bir əcnəbi olduğunu söyləyib.

Tramp “İlhan” adını səhv tələffüz edərək, Co Baydenin noyabr ayındakı seçkilərdə qalib gələcəyi təqdirdə, konqresin bu üzvünün hökumətinə qatılacağı barədə xəbərdarlıq edib: “Omar Bayden hökumətinə qatılmaq istəyir. Onlar bu anti-Amerika sosialist cəbhəsi ilə ailənizin və ölkənizin taleyi üzərində qərar vermə mərkəzində olacaqlar. Ölkəmizi öz ölkəsi Somali kimi etmək istəyir. Hökuməti yox, təhlükəsizliyi yox, polisi yox, başqa heç nəyi də yoxdur. Sadəcə xaos. Hələ də bizə ölkəmizi necə idarə edəcəyimizi izah edir. Xeyr, təşəkkürlər!”


Story Code: 870492

News Link :
https://www.islamtimes.org/az/news/870492/trampdan-abş-konqresinin-müsəlman-üzvünə-irqçi-hücum

Islam Times
  https://www.islamtimes.org