0
Wednesday 24 June 2020 - 02:05

Makronun ittihamına Türkiyədən cavab

Story Code : 870493
Makronun ittihamına Türkiyədən cavab
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözcüsü Hami Aksoy deyib.

O, Fransanın dəstəklədiyi marşal Xəlifə Həftarın atəşkəs imzalamaqdan imtina etdiyini xatırladaraq qeyd edib ki, təhlükəli oyunu Fransa oynayır və xaos yaratdığına görə məsuliyyət daşıyır.

Qeyd edək ki, Fransa Prezidenti Makron Fransanın Liviyaya gedən gəmisini təftiş edən Türkiyə Hərbi Dəniz Qüvvələrini aqressiv davranış sərgiləməkdə ittiham etmişdi. O, Türkiyənin Liviyadakı hərəkətlərini “təhlükəli oyun” da adlandırmışdı.