QR CodeQR Code

ABŞ polisi 6 ildə 7666 qaradərilini qətlə yetirib

IslamTimes , 24 Jun 2020 18:03

İslamTimes: Amerikada 40 milyon qaradəriliyə qarşı irqi ayrıseçkiliklər davam edir!


25 may tarixindən etibarən Amerikanın əksər şəhərlərində qaradərili Corc Floydun polis tərəfindən vəhşicəsinə öldürülməsinə etiraz olaraq aksiyalar keçirilir.

"FikerCenter" saytı bu mövzu ilə bağlı maraqlı bir statistika yayımlayıb. Qaradərililər ABŞ əhalisinin 13 faizini təşkil edir. Sayları 40 milyon nəfər təşkil edən afroamerikalılar bir sıra dövlət idarələrində işləsələr belə onlara qarşı irqi ayrıseçkilik bu gün də ABŞ-ın əsas problemlərindəndir. Corc Floydun ağdərili polis tərəfindən qətlə yetirilməsi irqçiliyə qarşı etiraz dalğasını ən yüksək səviyyəyə çatdırıb.

Ötən əsrin 50-ci illərində qaradərililərin bir sıra hüquqlarının tanınması ilə bağlı qanunlar qəbul edilsə də, onlara qarşı irqi ayrıseçkiliklərə son verilmədi. 1991-ci ildə Los Ancels məhkəməsi qaradərili vətəndaşı qətlə yetirmiş polisə bəraət hökmü verdikdən sonra Amerikada yeni etiraz aksiyaları başladı. 

2002-ci ildə məhkəmə qaradərili vətəndaşı qətlə yetirmiş polisi cəmi 2 il azadlıqdan məhrum etdi.

Polisin qaradərililərə qarşı vəhşilikləri nəticəsində 2013-2019-cu illərdə 7666 afroamerikalı qətlə yetirilib.

ABŞ-da səhiyyə sistemində də qaradərililərə normal xidmət göstərilmədiyi bildirilir. Bu ayrıseçkilik səbəbindən ABŞ-da koronavirus qurbanlarının əksərinin qaradərililər olduğu bildirilir.


Story Code: 870639

News Link :
https://www.islamtimes.org/az/news/870639/abş-polisi-6-ildə-7666-qaradərilini-qətlə-yetirib

Islam Times
  https://www.islamtimes.org