QR CodeQR Code

Sionist ordusu Qərb Sahilinin işğalının nəticələrindən qorxur

Deyerler , 24 Jun 2020 21:14

İslamtimes - İsrail rejiminin ordusunun komandiri işğal planının həyata keçiriləcəyi təqdirdə, Qərb Sahilində etirazların olacağını bir daha təkrarlayaraq, iğtişaşların Qəzzaya qədər yayıla biləcəyini söyləyib.



Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, İsrail rejiminin baş qərargah rəisi Aviv Koxavi işğal planının həyata keçirilməsindən sonra, Qərb Sahilində və Qəzzada iğtişaşların olacağı barədə bir daha xəbərdarlıq edib.
 
“Times of İsrael” saytının verdiyi məlumata görə, Koxavi işğal altındakı Fələstinin şimal torpaqlarında rejim tərəfindən keçirilən hərbi təlimlərdə çıxışı vaxtı bu xəbərdarlığı edib: “Tezliklə Qərb Sahilində şiddətli iğtişaşlarla üzləşə bilərik”.
 
O, sionist hərbçilərə bundan sonra iğtişaşların Qəzzaya yayıla biləcəyini qeyd edərək, belə deyib: “Aparıcı hadisələr Qəzzada müharibəyə çevrilə bilər”.
 
Koxavinin Qərb Sahilində və Qəzzadakı etirazlarla əlaqədar xəbərdarlığı İsrail rejiminin bir sıra generalları və ordu komandirlərinin ABŞ-ın prezidentinə Qərb Sahilinin 30%-ni işğal etməsi planına yaşıl işıq yandırması xahiş etdikləri vaxta təsadüf edir.
 


Story Code: 870655

News Link :
https://www.islamtimes.org/az/news/870655/sionist-ordusu-qərb-sahilinin-işğalının-nəticələrindən-qorxur

Islam Times
  https://www.islamtimes.org