0
Wednesday 24 June 2020 - 21:48

“Bəhreyndə işgəncələri dayandırın!” aksiyası başladı

Story Code : 870658
“Bəhreyndə işgəncələri dayandırın!” aksiyası başladı

Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, bəhreynli fəallar 26 iyunda Beynəlxalq İşgəncə Qurbanlarına Dəstək Günü ərəfəsində “Bəhreyndə işgəncələri dayandırın” heşteqi ilə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə çalışırlar.
 
14 fevral 2011-ci ildə inqilabın başlanmasından etibarən Ali Xəlifə rejimi Bəhreyndəki ən böyük müxalif qrup olaraq Əl-Vifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salman da daxil olmaqla, ölkədə xeyli sayda müxalif və inqilabçını həbs edib.
 
Bəhreyn Ali Məhkəməsi bu yaxınlarda siyasi ittihamlarla həbs olunan iki gənci edam cəzasına məhkum edib. Beynəlxalq Amnistiya təşkilatı iki gəncin işgəncəyə məruz qaldığını deyərək, hökmü tənqid edib.
 
Təşkilat əlavə edib ki, Bəhreyndə kralın təsdiqini gözləyən edam hökmlərinin sayı 10-a çatıb.
Deyerler.org
 
“Bəhreyndə işgəncələri dayandırın!” aksiyası başladı
“Bəhreyndə işgəncələri dayandırın!” aksiyası başladı
“Bəhreyndə işgəncələri dayandırın!” aksiyası başladı
“Bəhreyndə işgəncələri dayandırın!” aksiyası başladı
“Bəhreyndə işgəncələri dayandırın!” aksiyası başladı

 
Source : Deyerler
Tagged
bəhreyn
Comment