QR CodeQR Code

İran ABŞ-ın sanksiyalarının uğursuz olduğunu bəyan edib

25 Jun 2020 08:35

İslamTimes: “ABŞ-ın İran tankerlərinin kapitanlarına Venesuelaya yanacaq tədarükü üçün tətbiq etdiyi sanksiyalar Vaşinqtonun təzyiqlərinin uğursuz olduğuna dəlalət edir”.


APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi “Twitter” səhifəsində yazıb.

O, Pompeonun açıqlamasına xitabən ABŞ-ın İran vətəndaşlarına qarşı çıxılmaz addımlarını - “maksimum təzyiq”in yalnız sözdən ibarət olduğunu vurğulayıb. 

“ABŞ-ın təzyiqlərinə baxmayaraq, İran və Venesuela ABŞ-ın qanunsuz sanksiyalarına qarşı mübarizədə səbirsiz qalırlar”, deyə Musəvi əlavə edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibi Mayk Pompeo ABŞ-ın Venesuelaya yanacaq tədarükünə görə İran tankerlərinin beş kapitanına qarşı sanksiya tətbiq etdiyini bildirmişdi.


Story Code: 870722

News Link :
https://www.islamtimes.org/az/news/870722/iran-abş-ın-sanksiyalarının-uğursuz-olduğunu-bəyan-edib

Islam Times
  https://www.islamtimes.org