QR CodeQR Code

Maduro istefası ilə bağlı referendum keçirməyə hazırdır

25 Jun 2020 11:40

İslamTimes: Venesuela prezidenti Nikolas Maduro bildirib ki, 2022-ci ildə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı irəli sürülən ideyanın tərəfdarları kifayət qədər imza toplayacağı təqdirdə referendum keçirməyə hazırdır.


“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, onun çıxışı dövlət televiziyasında yayımlanıb.

“10 yanvar 2022-ci ildə prezident Maduronun səlahiyyətlərinin dayandırılması ilə bağlı referendum üçün imzalar toplamağa başlamaq mümkün olacaq. Arzu edənlər imza toplamaq üçün küçələrə çıxa bilərlər”-deyə, Maduro bildirib.

Qeyd edək ki, Venesuela prezidenti Nikolas Maduronun səlahiyyət müddəti 10 yanvar 2025-ci ildə bitir.


Story Code: 870815

News Link :
https://www.islamtimes.org/az/news/870815/maduro-istefası-ilə-bağlı-referendum-keçirməyə-hazırdır

Islam Times
  https://www.islamtimes.org