0
Thursday 25 June 2020 - 12:37

ABŞ Çinin 20 şirkətini sanksiya siyahısına daxil edib

Story Code : 870818
ABŞ Çinin 20 şirkətini sanksiya siyahısına daxil edib
"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, Pentaqonun siyahısına "Huawei" və "Hikvision" telekommunikasiya şirkətləri, eləcə də "China Telecom" və "China Mobile" mobil rabitə operatorları olmaqla 20 böyük şirkət daxildir.

Qurumun bildirdiyinə görə, bu şirkətlər məhdudlaşdırıcı tədbirlərin yaranmasına səbəb olan "Çin Xalq Qurtuluş Ordusu tərəfindən idarə olunur və ya onlara məxsusdur".

Müdafiə Nazirliyinin nümayəndəsi siyahının ABŞ Konqresinə göndərildiyini qeyd edib.