QR CodeQR Code

HƏMAS: İlhaq qərarını özümüzə qarşı müharibə elanı kimi qəbul edəcəyik

IslamTimes , 25 Jun 2020 18:07

İslamTimes: HƏMAS hərəkatının hərbi qanadı olan "Əl-Qəssam" briqadasının sözçüsü Əbu Übeydə "Puça çıxmış xəyallar" əməliyyatının ildönümü münasibəti ilə çıxış edib.


2006-cı il 25 iyun tarixində həyata keçirilən bu əməliyyat zamanı işğalçı İsrailə ağır zərbə vurulub və sionist hərbçi Gilad Şalit əsir alınıb.

"Shahab" xəbər agentliyinin verdiyi məlumata əsasən, Əbu Übeydə çıxışının əvvəlində deyib: "Qəhrəman fələstinli əsirlərin işğalçı İsrail hərbçiləri ilə dəyişdirilməsi üçün addımlar atılır. Sionistlər bilməlidir ki, "Vəfa əl-İhrar" müqaviləsində (Şalit müqaviləsi) ləğv edilmiş qadağalar yeni müqavilədə də nəzərə alınmayacaq."

O təkidlə əlavə edib: "İşğalçı rejim bilsin ki, Müqavimət Cəbhəsinin əsirlər mövzusu ilə bağlı bir çox seçimi var."

Əbu Übeydə Qərb Sahilinin bir hissəsinin sionist rejimə ilhaqı planına da toxunaraq deyib: "Müqavimət Cəbhəsi ilhaqla bağlı qərarı özünə qarşı elan olunmuş müharibə hesab edir! Bu planın icrasına başlanılsa Müqavimət elə cavab verəcək ki, sionistlər peşmanlıqdan barmaqlarını dişləyəcəklər!"

Qeyd edək ki, 2006-cı ildə əsir alınmış sionist hərbçi Gilad Şalit daha sonra 1027 fələstinli əsirlə dəyişdirilmişdi.


Story Code: 870869

News Link :
https://www.islamtimes.org/az/news/870869/həmas-ilhaq-qərarını-özümüzə-qarşı-müharibə-elanı-kimi-qəbul-edəcəyik

Islam Times
  https://www.islamtimes.org