QR CodeQR Code

Tsipi Livni: İsrail tarixi səhv astanasındadır!

IslamTimes , 26 Jun 2020 14:52

İslamTimes: İşğalçı İsrail rejiminin sabiq xarici işlər naziri Tsipi Livni Qərb Sahilinin bir hissəsinin ilhaq edilməsi ilə bağlı planın İsrail rejiminin tarixi səhvi adlandırıb.


Sionist rejimin keçmiş xarici işlər naziri Tsipi Livni CNN kanalına verdiyi müsahibə zamanı deyib: "Elə düşünürəm ki, Qərb Sahilinin 30 faiz ərazilərinin ilhaqı planı gələcəkdə sülhə ehtiyac duymamaq deməkdir. Bu isə İsrailin maraqlarına xələl gətirir."

Livni əlavə edib: "Mən inanıram ki, iki ölkə yaradılması ilə dinc, sülh şəraitində yaşamaq mümkündür. Qərb Sahilinin ilhaqı planı isə böyük bir tarixi səhvdir."

Qeyd edək ki, əksər dünya ölkələri və beynəlxalq qrumlar işğalçı İsrail rejiminə Qərb Sahilinin ilhaqı planı ilə bağlı ciddi xəbərdarlıq edib. Sionist rejim isə əsas himayəçisi olan ABŞ-ın dəstəyi ilə Qərb Sahilinin ilhaqı prosesinə iyulun 1-də start verməyi planlaşdırılır.

Fələstinin Müqavimət hərəkatları ilhaq planı ilə bağlı qərarı Fələstinə qarşı müharibə elanı kimi qəbul etdiklərini bildiriblər və İsrailə sarsıdıcı cavab verəcəkləri ilə bağlı xəbərdarlıq ediblər.


Story Code: 871029

News Link :
https://www.islamtimes.org/az/news/871029/tsipi-livni-israil-tarixi-səhv-astanasındadır

Islam Times
  https://www.islamtimes.org