QR CodeQR Code

Tramp: Çikaqoda yaşamaq Əfqanıstanda yaşamaqdan daha pisdir

IslamTimes , 26 Jun 2020 17:00

İslamTimes: ABŞ prezidenti bir neçə şəhərin adını çəkərək, Əfqanıstanda vəziyyətin ABŞ-ın bu şəhərlərindəki vəziyyətdən daha yaxşı olduğunu bildirib.


ABŞ prezidenti Donald Tramp cümə axşamı Fox News-a verdiyi müsahibədə Çikaqo və Baltimorda artan cinayətlərə görə gileylənib və bu şəhərlərdəki vəziyyəti Əfqanıstan və Hondurasdakı vəziyyətlə müqayisə edib. Tramp deyib: "Bu şəhərlərdə yaşamaq cəhənnəmdə yaşamaq kimidir."

"The Telegraph"ın verdiyi məlumata görə, Tramp Çikaqo, Baltimor, Detroit və Oklend əyalətlərindəki vəziyyətə görə bu şəhərlərin Demokrat partiyasından olan merlərini, o cümlədən ABŞ-ın keçmiş prezidenti Barak Obama və Trampın 2020-ci il prezident seçkilərindəki rəqibi olan Co Baydeni günahlandırıb. Tramp deyib: "Çikaqo Əfqanıstandan da pis vəziyyətdədir."

ABŞ prezidenti rəqibi Co Baydenin iki normal cümlə qurmaqda çətinlik çəkdiyini, ümumiyyətlə danışa bilmədiyini söyləyib. Tramp Baydenin yaşlı olduğunu və prezident seçiləcəyi təqdirdə ekstremist qruplar tərəfindən idarə ediləcəyini iddia edərək, amerikalıları Baydenə səs verməməyə çağırıb. Tramp sonda bildirib ki, Co Bayden ABŞ prezidenti seçilərsə, Amerika məhv olacaq.

Qeyd edək ki, ABŞ-da keçirilən sorğular göstərir ki, Donald Trampın nüfuzu hər ötən gün daha da azalır.


Story Code: 871051

News Link :
https://www.islamtimes.org/az/news/871051/tramp-çikaqoda-yaşamaq-əfqanıstanda-yaşamaqdan-daha-pisdir

Islam Times
  https://www.islamtimes.org