QR CodeQR Code

ABŞ-ın 16 ştatında koronavirusa yoluxanların sayında artım qeydə alınıb

27 Jun 2020 06:25

İslamTimes: “ABŞ-ın 16 ştatında yeni növ koronavirusa yoluxanların sayında artım qeydə alınıb, qalan 34 ştatda isə vəziyyət sabitdir”.


APA TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Vitse-prezidenti Maykl Pens mətbuat konfransında bildirib.

Qeyd edilib ki, sözügedən 16 ştatda vəziyyət dövlət tərəfindən ciddi nəzarətə götürülüb: 

“İnfeksiyanın artması əsasən cənub ştatlarında, xüsusilə Arizona, Texas və Florida ştatlarında qeydə alınır. Yoluxanların yarısı yaşı 25-dən aşağı olan vətəndaşlardır”. 

Pens ölkədə yoluxma sayının son sutkada 40 min olmasına baxmayaraq, koronavirusla mübarizədə əlamətdar bir irəliləyişin əldə edildiyini vurğulayıb. 

Vitse-prezident ABŞ-da 2,5 milyon koronavirus infeksiyası hadisəsinin qeydə alındığını, təxminən, 126 min insanın öldüyünü deyib.

Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauci isə ABŞ-da "yeni dalğa"nın mövcud olduğunu diqqətə çatdırıb.


Story Code: 871090

News Link :
https://www.islamtimes.org/az/news/871090/abş-ın-16-ştatında-koronavirusa-yoluxanların-sayında-artım-qeydə-alınıb

Islam Times
  https://www.islamtimes.org