0
Saturday 27 June 2020 - 12:15

BƏƏ-dən sionist rejimə böyük dəstək

Story Code : 871184
BƏƏ-dən sionist rejimə böyük dəstək
İşğalçı İsrail rejiminin baş naziri Benyamin Netanyahu bir neçə saat əvvəl rejimin BƏƏ ilə koronavirusla mübarizə məsələsində əməkdaşlıq etdiyini açıqlayaraq, belə demişdi: “Bölgədəki səylərimizdəki hədəfimiz İsrail rejimini müdafiə etməkdir, lakin bu, misli görünməmiş səviyyədə müxtəlif ölkələrlə birbaşa işləmək fürsətini verən koronavirusla mübarizə, eyni zamanda bütün bölgənin maraqlarına uyğundur”.

O, həmçinin əlavə edib ki, işğalçı İsrail rejimi və BƏƏ koronavirusla mübarizə üçün birlikdə çalışacaq.

BƏƏ-nin rəsmi xəbər agentliyindən verilən məlumatda belə qeyd olunub: “COVİD-19-un yayılmasının və bəşəriyyətə xidmət etmək üçün tədqiqat, inkişaf və texnologiya sahəsində beynəlxalq əməkdaşlığın və birgə səylərin zəruriliyini nəzərə alaraq, BƏƏ-dəki iki özəl şirkət koronavirusla mübarizədə İsrail rejiminin iki şirkəti ilə tədqiqat və texnologiya sahəsində əməkdaşlıq etmək üçün müqavilələr bağladılar”.

Birləşmiş Ərəb Əmirlikləri koronavirusla mübarizədə əməkdaşlıq çərçivəsində İsrail rejiminə 100.000 diaqnostika testi göndərib. İşğalçı İsrail rejiminin baş naziri Binyamin Netanyahu dünən (25 iyun) COVİD-19 ilə mübarizədə ölkəsinin diplomatik əlaqələri olmayan BƏƏ ilə əməkdaşlıq edəcəyini açıqlamışdı.