0
Saturday 27 June 2020 - 13:46

Quterreş: "İnsanların siyasi qurumlara etibarı get-gedə azalır"

Story Code : 871204
Quterreş: "İnsanların siyasi qurumlara etibarı get-gedə azalır"
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş beynəlxalq əməkdaşlığı yenidən şəkilləndirmək lazım olduğunu söyləyib.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, BMT Sazişinin 75 illiyi münasibətilə təşkil edilən mətbuat konfransındakı çıxışında A.Quterreş deyib:

“Bu saziş hər kəsin qorxduğu üçüncü dünya müharibəsinə maneə oldu, amma dünyanın yeni tip korona virusu (Covid-19) epidemiyasından iqlim dəyişikliyi, irqçilik və iqtisadi bərabərsizliyə qədər bir çox qlobal problemlə qarşı-qarşıya qaldığını görürük. İnsanların siyasi qurumlara etibarı get-gedə azalır. Liderlər birlik və həmrəylik içində çalışmalıdır. BMT Sazişinin 75-ci ilini atlatdıq. Bu gün irəliyə baxmalı və beynəlxalq əməkdaşlığı yenidən şəkilləndirməliyik. BMT-ni regional təşkilatlar, beynəlxalq maliyyə qurumları və vətəndaş cəmiyyətləri ilə birlikdə çoxtərəfli şəbəkəyə çevirmə ehtiyacı var. XXI əsrdə hökumətlər artıq tək siyasi güc deyil, qlobal qüvvələrin aktiv iştirakı olmadan rəhbərlik mexanizmlərində dəyişiklik mümkün deyil. Amerika Birləşmiş Ştatları, Çin və Rusiya kimi qlobal qüvvələr arasındakı əlaqələr bundan əvvəl heç belə "funksiyasız" olmamışdı”.