QR CodeQR Code

Tu-142-lər Alyaskaya yaxınlaşdı: F-22-lər havalandı...

28 Jun 2020 09:01

İslamTimes: ABŞ qırıcıları Rusiyaya məxsus 4 dəniz kəşfiyyat təyyarəsinin qarşısını kəsib.


Axar.az xəbər verir ki, bu barədə Şimali Amerika Hava Hücumundan Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.

“ABŞ-ın F-22 "Raptor" qırıcıları Alyaska yaxınlığında 4 ədəd Tu-142 dəniz kəşfiyyat təyyarəsinin qarşısını kəsib.

Rusiya təyyarələri Alyaska sahillərinə təxminən 65 dəniz mili (120 km) qədər yaxınlaşıb və bölgədə 8 saata qədər uçub”, - məlumatda bildirilib.

Qeyd edək ki, ABŞ və Rusiya təyyarələri son bir ildə Alyaska yaxınlığında 10 dəfə qarşı-qarşıya gəlib.


Story Code: 871296

News Link :
https://www.islamtimes.org/az/news/871296/tu-142-lər-alyaskaya-yaxınlaşdı-f-22-havalandı

Islam Times
  https://www.islamtimes.org