0
Sunday 28 June 2020 - 09:01

Tu-142-lər Alyaskaya yaxınlaşdı: F-22-lər havalandı...

Story Code : 871296
Tu-142-lər Alyaskaya yaxınlaşdı: F-22-lər havalandı...
Axar.az xəbər verir ki, bu barədə Şimali Amerika Hava Hücumundan Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.

“ABŞ-ın F-22 "Raptor" qırıcıları Alyaska yaxınlığında 4 ədəd Tu-142 dəniz kəşfiyyat təyyarəsinin qarşısını kəsib.

Rusiya təyyarələri Alyaska sahillərinə təxminən 65 dəniz mili (120 km) qədər yaxınlaşıb və bölgədə 8 saata qədər uçub”, - məlumatda bildirilib.

Qeyd edək ki, ABŞ və Rusiya təyyarələri son bir ildə Alyaska yaxınlığında 10 dəfə qarşı-qarşıya gəlib.