0
Sunday 28 June 2020 - 13:46

CNN: “ABŞ Əfqanıstandan 4000 əsgərini çıxarır”

Story Code : 871364
CNN: “ABŞ Əfqanıstandan 4000 əsgərini çıxarır”
Deyerler.org xəbər verir ki, ABŞ mediasına görə, ABŞ-ın Əfqanıstandakı qoşunlarının sayının 8600-dən 4500-ə qədər azalması gözlənilir ki, bu da 2001-ci ildə müharibənin başlanmasından bəri ən aşağı səviyyədir.

Qərar Talibanın ABŞ-la sülh müqaviləsi imzalamasına baxmayaraq, Əfqanıstanda hücumu artıraraq, təkcə bir həftə ərzində 800 Əfqanıstan əsgərini öldürməsi və yaralanmasından sonra verilib.

CNN-in məlumatına görə, ABŞ-ın müdafiə naziri Mark Esper keçən həftə Brüsseldə müttəfiqləri ilə NATO toplantısı çərçivəsində planı müzakirə edərək, qərar barədə məlumat verib.

Talibanla imzalanmış Əfqanıstan sülh müqaviləsinə əsasən, ABŞ 14 ay ərzində Əfqanıstanda olan bütün əsgərlərini çıxaracaq.