QR CodeQR Code

CNN: “ABŞ Əfqanıstandan 4000 əsgərini çıxarır”

28 Jun 2020 13:46

İslamTimes: CNN telekanalı xəbər verir ki, Tramp rəhbərliyi bu payız Əfqanıstandan 4000 əsgərin təxliyyə edilməsi planını sona çatdırıb.


Deyerler.org xəbər verir ki, ABŞ mediasına görə, ABŞ-ın Əfqanıstandakı qoşunlarının sayının 8600-dən 4500-ə qədər azalması gözlənilir ki, bu da 2001-ci ildə müharibənin başlanmasından bəri ən aşağı səviyyədir.

Qərar Talibanın ABŞ-la sülh müqaviləsi imzalamasına baxmayaraq, Əfqanıstanda hücumu artıraraq, təkcə bir həftə ərzində 800 Əfqanıstan əsgərini öldürməsi və yaralanmasından sonra verilib.

CNN-in məlumatına görə, ABŞ-ın müdafiə naziri Mark Esper keçən həftə Brüsseldə müttəfiqləri ilə NATO toplantısı çərçivəsində planı müzakirə edərək, qərar barədə məlumat verib.

Talibanla imzalanmış Əfqanıstan sülh müqaviləsinə əsasən, ABŞ 14 ay ərzində Əfqanıstanda olan bütün əsgərlərini çıxaracaq.


Story Code: 871364

News Link :
https://www.islamtimes.org/az/news/871364/cnn-abş-əfqanıstandan-4000-əsgərini-çıxarır

Islam Times
  https://www.islamtimes.org