QR CodeQR Code

"Taliban" Rusiya kəşfiyyatı ilə əlaqəsinin olmasını təkzib edib

28 Jun 2020 15:08

İslamTimes: “Taliban” hərəkatı guya Rusiya kəşfiyyatı ilə əlaqəsinin olması barədə “The New York Times” qəzetinin yazdığı məlumatı təkzib edib.


APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə hərəkatın rəsmi nümayəndəsi Zabiulla Mücahidin açıqlamasında qeyd edilib. Məlumat hərəkatın internet saytında da dərc edilib.

“Bir sıra Qərb KİV-lərində döyüşçülərimizin ABŞ əsgərlərinin öldürülməsinə görə Rusiyadan pul aldığı barədə məlumatlar yayılıb. Biz bu iddianı qətiyyətlə rədd edirik”, - açıqlamada belə deyilir.

Qeyd edək ki, “The New York Times” Rusiyanın “Taliban” silahlılarını Əfqanıstandakı beynəlxalq koalisiya qoşunlarına hücum etməyə sövq etməsi barədə məlumat yazıb.


Story Code: 871365

News Link :
https://www.islamtimes.org/az/news/871365/taliban-rusiya-kəşfiyyatı-ilə-əlaqəsinin-olmasını-təkzib-edib

Islam Times
  https://www.islamtimes.org