0
Sunday 28 June 2020 - 17:22

Çin ABŞ-a ticarət müharibəsinə başlamaqla bağlı xəbərdarlıq etdi

Story Code : 871375
Çin ABŞ-a ticarət müharibəsinə başlamaqla bağlı xəbərdarlıq etdi
“The Wall Street Journal” xəbər verir ki, Çin hökuməti bu barədə amerikalı həmkarlarını xəbərdar edib.

Çin hökuməti ABŞ-ın Honkonq və Tayvana müdaxiləsini qəbuledilməz hesab edir. Pekin hələ ki, ticarət sazişinin ilk mərhələsində öhdəliklərini yerinə yetirmək niyyətində olduğunu deyib.

Lakin ABŞ-ın Çinin işlərinə müdaxiləsi dayandırılmasa, ABŞ məhsulları alışının genişləndirilməsi təhlükə altında qala bilər.

Vaşinqton və Pekin dünyanın ən böyük iki iqtisadiyyatının ticarət müharibəsinə son qoyaraq, 2020-ci ilin yanvarında ticarət atəşkəsinə imza atıblar. Çin razılaşmanın ilk ilində Amerika məhsullarının alışını 76,7 milyard dollar, ikincidə isə 123,3 milyard dollar artırmağı qəbul edib. ABŞ tərəfi hesab edir ki, razılaşma ticari çatışmazlığa son verə bilər.