QR CodeQR Code

Netanyahunun hərəkəti İsrail müdafiə nazirini qəzəbləndirdi

IslamTimes , 29 Jun 2020 01:18

İslamTimes: Netanyahu dövlət rəsmilərinin ciddi narazılıqları ilə üzləşib. 


Sionist rejimin baş naziri Benyamin Netanyahunun Nazirlər Kabinetinin iclasında müdafiə naziri, eyni zamanda baş nazirin əvəzləyicisi olan Beni Qantza qarşı davranışı bütün dünyada geniş əks-səda doğurub.

Sionist Rejimin Nazirlər Kabinetinin iclasında baş verən hadisədə işğalçı İsrailin baş naziri Benyamin Netanyahu görüşün sonunda Beni Qantz çıxış etməyə başlayan an üzünü çevirib və müdafiə nazirinin üzünü görmək istəmədiyini nümayiş etdirib. Netanyahunun bu addımı Beni Qantzı qəzəbləndirib.

Bu gərginlik elə bir dönəmdə yaşanıb ki, Netanyahu israrla Qərb Sahilinin bir hissəsini işğal etmək barədə planı həyata keçirməyə çalışır, amma xarici işlər naziri Qabi Eşkenazi və müdafiə naziri Beni Qantz Netanyahunun bu addımına qarşı olduqlarını bildiriblər.

ABŞ prezidenti Donald Trampın tam dəstəyinə sahib olan Netanyahu rəsmi olaraq Fələstinin Qərb Sahilinin 30%-ni işğal etmək niyyətindədir. Fələstinli səlahiyyətlilər və Müqavimət Hərəkatı Fələstin hakimiyyətindən ABŞ və İsraillə əlaqələri tam kəsməyi tələb ediblər.


Story Code: 871417

News Link :
https://www.islamtimes.org/az/news/871417/netanyahunun-hərəkəti-israil-müdafiə-nazirini-qəzəbləndirdi

Islam Times
  https://www.islamtimes.org