0
Monday 29 June 2020 - 01:46

İordaniya işğalçı İsrailə xəbərdarlıq etdi

Story Code : 871418
İordaniya işğalçı İsrailə xəbərdarlıq etdi
Sionist rejim mediası İordaniya dövlətinin Fələstinin Qərb Sahilinin işğalçı İsrailə ilhaqı ilə bağlı Mossad rəisinə xəbərdarlıq etdiyini yazıblar.

Ötən həftə Mossad rəisi Yusi Kohen və İordaniya kralı İkinci Abdullahın görüşündə iştirak edən mənbə bildirib ki, Kohen İordaniya dövlətinin Qərb Sahilinin bir hissəsinin işğalına necə reaksiya verəcəyinə ölçmək üçün bu ölkəyə səfər edib. 

İordaniya dövlətinin işğalçı plana cavabı belə olub: "Qərb Sahilinin bir hissəsinin işğalı ilə bu məntəqənin tam işğal olunması arasında bizim üçün bir fərq yoxdur. Biz Amerika və bəzi Avropa ölkələrimizə bu haqda tam aydın açıqlama vermişik."

Ağ Ev rəsmilərindən olan Avi Berkovitz ABŞ prezidentinin ilhaq planı və sülh məsələsi ilə bağlı nəzəri haqda müzakirə aparmaq üçün bu həftə işğalçı İsrailə səfər edəcək.

Qeyd edək ki, Netanyahu iyul ayının 1-dən etibarən ilhaq planının icrasına başlanacağını söyləyib. Amma sionist rejim baş nazirinin bu tarixdə yalnız ilhaq planı ilə bağlı çıxış edəcəyi və bu planı həyata keçirməkdə israrlı olduğunu söyləyəcəyi gözlənilir.

İsrail rəsmiləri arasında da Qərb Sahilinin 30 faizinin ilhaqı planı ilə bağlı ciddi fikir ayrılıqları var. Xarici işlər naziri, müdafiə naziri, o cümlədən Tsipi Livni, Ehud Olmert kimi tanınmış simalar bu planın İsrail üçün faciə olacağını bildiriblər.
Source : IslamTimes