0
Monday 29 June 2020 - 02:12

Putin Trampa söz atdı

Story Code : 871419
Putin Trampa söz atdı
Rusiya prezidenti Vladimer Putin bildirib ki, hazırkı şəraitdə Covid-19 virusu ilə mübarizə aparmağın yeganə yolu ciddi səy göstərmək və mübarizə üçün həmkarlıq etməkdir.

Rusiya prezidenti təkidlə vurğulayıb ki, bu gün koronavirusun yayılmasına görə hansısa ölkəni günahlandırmaq və siyasi çəkişmə üçün münasib zaman deyil.

Putin Rusiyanın 1-ci kanalı ilə müsahibəsi zamanı deyib: "Covid-19 virusunun süni şəkildə ərsəyə gətirilməsinə aid heç bir sübut yoxdur. Bu iddianı gündəmə gətirmək xoşagəlməz nəticələrə səbəb ola bilər."

Qeyd edək ki, son aylarda ABŞ və Çin rəsmiləri arasında koronavirusun mənşəyi ilə bağlı ciddi gərginliklər yaşanıb. Donald Tramp dəfələrlə Çini həqiqətləri gizləməkdə ittiham edib.

Tramp müxtəlif məqamlarda koronavirus əvəzinə "Vuhan virusu" ifadəsini işlədərək Çinin ciddi etirazına səbəb olub. Çin dövləti cavab olaraq ABŞ-ın özünün ölkə daxilində və məntəqədəki boloji labaratoriyarla bağlı açıqlama verməli olduğunu bildirib.

Bir neçə gün öncə İspaniyada təqribən iki il öncədən Covid-19 virusuna rast gəlindiyi bildirildi və beləliklə ABŞ-ın Çinə qarşı iddialarının əsassız olduğu sübuta yetdi.
Source : IslamTimes