0
Monday 29 June 2020 - 08:50

Nensi Pelosi: Tramp Putin üçün hədiyyədir!

Story Code : 871448
Nensi Pelosi: Tramp Putin üçün hədiyyədir!
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib.

“Mən Rusiyada Trampla bağlı siyasi, şəxsi və digər planda nələrin olduğunu bilmirəm. Lakin o, (Tramp) Rusiyanın addımlarını gözardı etmək istəyir”, - Pelosi bildirib.

Spiker Trampın Rusiyanın Talibanla əlaqəsi barədə jurnalistlərin suallarına cavab verməməsini “eybəcərlik” adlandırıb.

Pelosi, həmçinin Trampın Rusiyaya və Rusiya liderinə "hədiyyə" olduğunu da əlavə edib.

Qeyd edək ki, “Nyu York Tayms” Rusiyanın Əfqanıstanda anti-terror koalisiyası, o cümlədən ABŞ hərbçilərinin məhvinə görə mükafat təklif etdiyini iddia etmişdi.

İddiaları cavablandıran Tramp bu məlumatın saxta olduğunu bildirmişdi.