QR CodeQR Code

İraqlı komandir: “ABŞ İraqda Həşd əl-Şəbidən intiqam almaq istəyir”

29 Jun 2020 15:54

İslamTimes: İraqın Həşd əl-Şəbi təşkilatının komandirlərindən olan Əli Əl-Hüseyni ABŞ və müttəfiqlərinin bu hərəkatdan qisas almaq istədiklərini bildirib.


Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Əli Əl-Hüseyni bəzi Qərb və ərəb rejimlərinin fitnə törətməklə və media üzərindən anti-təbliğat aparmaqla Əl-Həşduş Şəbi hərəkatını parçalamaq istədiklərini bildirərək, belə danışıb: “Xalq səfərbərlik hərəkatı İraqın parçalanması planlarını pozdu və İŞİD fitnəsini yatızdırdı”.

Əl-Hüseyni İraqın Hizbullah briqadalarının (Kətaib Hizbullah) bəzi üzvlərinin həbs olunduğu hadisəsinə toxunaraq, bunları deyib: “Qərb və ərəb KİV-lərinin Həşd əl-Şəbi hərəkatına qarşı PR müharibəsi son üç gündə açıq şəkildə başladı. Bu qrupun məqsədi spekulyasiya və fitnə ilə müqavimət qüvvələrinin qanını tökməkdir”.

Həşd əl-Şəbi təşkilatının komandiri sözlərinin davamında bunları deyib: “Bütün bunlara baxmayaraq, ABŞ-ın bütün hiylələri və planları məğlubiyyətə düçar olacaq, çünki Həşd əl-Şəbi hərəkatı xalq hərəkatıdır, işğalçılar əvvəl-axır İraq torpaqlarından qovulacaq”.


Story Code: 871543

News Link :
https://www.islamtimes.org/az/news/871543/iraqlı-komandir-abş-iraqda-həşd-əl-şəbidən-intiqam-almaq-istəyir

Islam Times
  https://www.islamtimes.org