QR CodeQR Code

Nigeriyada 33 şəhərdə Şeyx Zəkzəkinin azadlığı tələb olundu

Deyerler , 29 Jun 2020 16:56

Islamtimes - Nigeriya xalqı Şeyx Zəkzəkinin azad olunması tələbi ilə ölkə miqyasında keçirdikləri etiraz aksiyalarını sayını artırıb.


İyunun 26-sı paytaxt Abuca başda olmaqla ölkənin 19 ştatının 33 şəhərində keçirilən etiraz mitinqlərində, qanunsuz olaraq həbsdə saxlanılan Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəki və xanımı Malama Zinətin azadlığa buraxılması üçün şüarlar səsləndirilib.  

 
Əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarın hökumət tərəfindən icra edilməsini tələb ediblər.
 
  Nümayişçilər Buxari rejimindən təhlükəsizliyi təmin edə bilməməsi nəticəsində Şimali Nigeriyadakı baş vermiş sonuncu cinayətləri də qınayıblar.  
 
“Zəkzəkiyə azadlıq” mitinqləri Nigeriyanın Abuca, Bauçi, Kaduna, Jos, Katsina, Seja, İllela, Daura, Sokoto, Kafançan, Neja, Lafiya, Jalinqo, Udava, Talatar mafara, Azare, Zaria, Yola, Yavuri, Roni, Zamfara, Birnin kudu, Samunaka, Mina, Hunkuyi, Mubi, Funtva, Kiyava, Malumfaşi, Kontaqora, Qombe, Uquvan ganye və Kano şəhərlərində keçirilib.


Story Code: 871554

News Link :
https://www.islamtimes.org/az/news/871554/nigeriyada-33-şəhərdə-şeyx-zəkzəkinin-azadlığı-tələb-olundu

Islam Times
  https://www.islamtimes.org