QR CodeQR Code

Maduro AB-nin Karakasdakı nümayəndəsinə ölkədən getməsi üçün 72 saat vaxt verib

30 Jun 2020 08:49

İslamTimes: Avropa Birliyi venesuelalı 11 yüksək vəzifəli şəxsə və parlamentarilərə qarşı sanksiya tətbiq etdikdən sonra Venesuela hökuməti AB-nin Karakasdakı nümayəndəsini ölkədən qovmaq qərarına gəlib.


APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin prezidenti Nikolas Maduro öz açıqlamasında deyib.

“AB-nin Karakasdakı nümayəndəsinə ölkəni tərk etməsi üçün 72 saat vaxt vermək qərarına gəldim. Avropa müstəmləkəçiliyi və Venesuela ilə münasibətdə təqiblər yetər”, - deyə Maduro “Venezolana de Televiziya” telekanalının efirində bildirib.

Maduro əlavə edib ki, avropalı diplomatın ölkədən getməsi üçün təyyarə də təşkil edilib: “Bundan sonra AB ilə məsələləri tədricən yoluna qoyacağıq. Əgər onların xoşuna gəlmiriksə, əgər onlar Venesuelaya hörmət etmirlərsə, onda getsinlər”.

 


Story Code: 871640

News Link :
https://www.islamtimes.org/az/news/871640/maduro-ab-nin-karakasdakı-nümayəndəsinə-ölkədən-getməsi-üçün-72-saat-vaxt-verib

Islam Times
  https://www.islamtimes.org