QR CodeQR Code

“Twitch” Trampın hesabını bloklayıb

30 Jun 2020 11:30

İslamTimes: Canlı yayım platforması olan “Twitch” ABŞ prezidenti Donald Trampın hesabını nifrət təşviq etdiyinə görə müvəqqəti bloklayıb.


“Report” xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

“Twitch”də nifrət təşviqinə icazə verilmir. Siyasətimizə uyğun olaraq, canlı yayımda işlədilən ifadələrə görə prezident Trampın kanalı müvəqqəti olaraq bloklanıb”- xidmət rəhbərliyinin bəyanatında qeyd olunub.

“Twich” platforması dünyanın ən varlı şəxsi olan Jeff Bezosa məxsusdur. Tramp administrasiyası isə 2019-cu ildə “Twich”də hesab yaradıb.


Story Code: 871683

News Link :
https://www.islamtimes.org/az/news/871683/twitch-trampın-hesabını-bloklayıb

Islam Times
  https://www.islamtimes.org