QR CodeQR Code

İranlı nazir: “COVID-19-a qarşı peyvəndin heyvan üzərində sınağı uğurlu olub, nəticələr ümidvericidir”

30 Jun 2020 15:12

İslamTimes: İranda yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndin heyvan üzərində sınağı uğurla həyata keçirilib.


APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə naziri Səid Nəməki “Farmeks (Pharmex) 2020 Dərman Preparatları Sərgisi”nin açılış mərasimində bildirib.

O deyib ki, ötən 4 ay ərzində iranlı mütəxəssislərin peyvəndin istehsalı üzrə fəaliyyəti yaxından izlənilib və nəticələr çox ümidvericidir.

S. Nəməki qeyd edib ki, koronavirusa qarşı peyvəndin istehsalı sahəsində İran böyük addımlar atıb və tezliklə peyvəndin insan üzərində sınaqdan keçirilməsinə başlanacaq. 


Story Code: 871733

News Link :
https://www.islamtimes.org/az/news/871733/iranlı-nazir-covid-19-a-qarşı-peyvəndin-heyvan-üzərində-sınağı-uğurlu-olub-nəticələr-ümidvericidir

Islam Times
  https://www.islamtimes.org