0
Tuesday 30 June 2020 - 15:53

Putin Rusiya vətəndaşlarını Konstitusiya düzəlişlərinə səs verməyə çağırıb

Story Code : 871739
Putin Rusiya vətəndaşlarını Konstitusiya düzəlişlərinə səs verməyə çağırıb
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, prezident rusiyalıları Konstitusiyaya düzəlişlərə səs verməyə çağırıb.

O, hər bir fərdin səsinin vacib olduğunu qeyd edib: Sabah - iyulun 1-i əsas səsvermə günüdür. Əziz dostlar, sizdən öz sözünüzü deməyinizi xahiş edirəm. Sizin hər birinizin səsi vacibdir”.

Dövlət başçısı səsvermənin bir neçə gündür, davam etdiyini xatırladıb. O, bu addımın  insanların sağlamlığının qorunması üçün atıldığını vurğulayıb.

Ölkənin əsas qanununa dəyişikliklərlə bağlı mövqeyini xatırladan Putin bildirib ki, bu, dəqiq, dəyişilməz və tamamilə qəti mövqedir: “Təklif olunan bütün düzəlişlər ancaq sizin dəstəyinizlə qüvvəyə minəcək. Əminəm ki, Konstitusiyaya düzəlişlərə səs verərək rusiyalılar yaşamaq istədikləri ölkəyə səs verəcəklər”.