QR CodeQR Code

Çin: ABŞ dövləti kifayətsizliyini unutdurmaq üçün yalanlara əl atıb

IslamTimes , 30 Jun 2020 17:22

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mayk Pompeonu açıq-aşkar böhtana əl atmaqda ittiham edib.


Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çuninq Mayk Pompeonu açıq-aşkar böhtana əl atmaqda ittiham edib. XİN rəsmisi bildirib ki, Pompeo ABŞ-ın koronavirusla bağlı kifayətsizliklərini ört-basdır etmək üçün yalan və böhtanlardan istifadə edir.

ABŞ dövlət katibinin, dəlil-sübutsuz ittihamlarını tənqid edən Hua Çuninq öz Twitter hesabında yazıb: "Pompeo bir daha Çini həqiqəti gizlətməkdə ittiham etdi, lakin ötən dəfələrdəki kimi heç bir sübut təqdim etmədi. Bu yalanların ABŞ tərəfindən dilə gətirilməsinin səbəbi, Amerikanın epidemiya ilə mübarizədə səriştəsizliyini ört-basdır etmək istəməsidir."

Koronavirusun yayılmasından bu günədək başda ABŞ prezidenti və dövlət katibi olmaqla ABŞ rəsmiləri Çini dəfələrlə epidemiya ilə bağlı həqiqətləri gizləməkdə ittiham etdilər. Vaşinqtonun Pekinə qarşı iddiaları, heç bir dəlilə söykənmədən irəli sürülürdü. ABŞ-ın Çinə qarşı çirkin oyunu o dərəcəyə çatdı ki, Ümumdünya Səhiyyə Təşkilatını Çinin havadarlığını etməkdə günahlandıraraq onlarla əməkdaşlığa son verdi.

Qeyd edək ki, ötən ilin dekabr ayından Çində aşkarlanan Covid-19 virusunun əsas mənşəyi haqda heç bir dəlil əldə edilməyib. Bir neçə gün öncə İspaniya KİV-i Covid-19 virusunun 2 il öncə İspaniya sularında mövcud olduğu haqda xəbər yayımlayıb.


Story Code: 871744

News Link :
https://www.islamtimes.org/az/news/871744/çin-abş-dövləti-kifayətsizliyini-unutdurmaq-üçün-yalanlara-əl-atıb

Islam Times
  https://www.islamtimes.org