QR CodeQR Code

4 Həşd əl-Şəbi üzvü şəhid oldu - ABŞ PUA-sı süqut etdi

IslamTimes , 30 Jun 2020 22:54

İslamTimes: Bomba partlaması nəticəsində 4 Həşd əl-Şəbi üzvü həlak olub, PUA isə mülki vətəndaşları hədəf alıb


İraq Təhlükəsizlik İdarəsindəki mənbə bu gün 4 Həşd əl-Şəbi üzvünün həlak olduğunu və Səlahəddində Beyci məntəqəsinin qərbində bir bomba zərərsizləşdirmə qrupu üzvünün yaralandığını bildirib.

"Sumaria News" xəbər verir ki, Səlahiddin əyalətindəki Beyci şəhərinin qərbində Həşd əl-Şəbinin 51-ci briqadasının patrul maşınının hərəkət etdiyi zolaqda bomba partlayıb.

Mənbə əlavə edib: "Bu partlayış dörd cəsur hərbçinin şəhid olmasına və Şeyx Şəlan dəstəsinin rəhbəri Şeyx Əl-Əvidin yaralanmasına səbəb oldu."

Həmçinin Səlahiddin əyalətindəki bir təhlükəsizlik rəsmisi Pilotsuz Uçan Aparatın hücumu nəticəsində həmin məntəqədə çobanlıq edən bir neçə mülki vətəndaşın həlak olduğunu bildirib.

Mülki vətəndaşlar bir pilotsuzun qəzaya uğradığını görərək həmin məkana üz tutublar. Pilotsuz aparatın qalıqlarını da özləri ilə götürüb, maşınala yola çıxan çobanlar ikinci pilotsuzun hədəfinə çevriliblər. Bu pilotsuz məntəqədə heyvanlarını otaran çobanları raketlə vuraraq, onları qətlə yetirib, avtomobil isə yararsız vəziyyətə düşüb.


Story Code: 871776

News Link :
https://www.islamtimes.org/az/news/871776/4-həşd-əl-şəbi-üzvü-şəhid-oldu-abş-pua-sı-süqut-etdi

Islam Times
  https://www.islamtimes.org