QR CodeQR Code

Sionist rejim beynəlxalq təzyiqlərə tab gətirmədi

IslamTimes , 1 Jul 2020 09:02

İslamTimes: İşğalçı İsraildən geri addım - Qərb Sahilinin 30 faiz ərazilərinin 1 iyuldan etibarən ilhaq edilməsi planı təxirə salındı


İşğalçı İsrail rejiminin baş naziri Benyamin Netanyahu dəfələrlə 1 iyul tarixində Fələstin torpaqlarının ilhaq edilməsi prosesinə start veriləcəyini bildirsə də, bu gün bu prosesi başlatmaqdan vaz keçib. İlhaq planı elan edildikdən sonra dünyanın əksər ölkələri, o cümlədən Avropa Birliyi, BMT və digər beynəlxalq təşkilatlar işğalçı rejimin bu vandallığına etiraz ediblər.

Fələstin Müqavimət Hərəkatı ilhaq planının icrası barədə açıqlamaları Fələstinə qarşı müharibə elanı kimi qəbul etdiyini bildirib və işğalçı İsrailə sarısıdıcı cavab verəcəyi barədə xəbərdarlıq edib.

Sionist rejimin elan etdiyi tarix, 1 iyul 2020-ci il yetişdiyi zaman Netanyahu çoxsaylı təzyiqlərə tab gətirməyərək ilhaq planının təxirə salındığını açıqlayıb. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Avi Berkovits da Netanyahu ilə görüşü zamanı bu planı həyata keçirmək üçün münasib zaman olmadığını bildirib.

Qeyd edək ki, sionist rejimin baş naziri dəfələrlə bildirmişdi ki, Qərb Sahilinin 30 faiz əraziləri, o cümlədən İordan vadisinin ilhaqı istənilən şəraitdə 1 iyul tarixində başladılacaq.


Story Code: 871813

News Link :
https://www.islamtimes.org/az/news/871813/sionist-rejim-beynəlxalq-təzyiqlərə-tab-gətirmədi

Islam Times
  https://www.islamtimes.org