0
Wednesday 1 July 2020 - 09:24

ABŞ: Bu məlumatlar Rusiyanın "əlinə oynayır"

Story Code : 871816
ABŞ: Bu məlumatlar Rusiyanın "əlinə oynayır"
Axar.az xəbər verir ki, bu barədə Keyli Makineni deyib.

“Bu məqalənin 2 pis nəticəsi var. Birinci, bu məqalə sözügedən məsələ ilə bağlı konsensus əldə edilməsini və kəşfiyyat məlumatlarının yoxlanmasını çətinləşdirəcək. İkincisi, bu cür ziddiyətlər və fikir ayrılıqları təəssüf ki, Rusiyanın “əlinə oynayır” və onun maraqlarına xidmət edir”, - deyə o bildirib.

Makineni qeyd edib ki, ABŞ kəşfiyyatından belə informasiyanın sızmasından sonra heç kim qiymətli məlumatını ABŞ-la bölüşmək və əməkdaşlıq etmək istəməyəcək.

Xatırladaq ki, “Nyu York Tayms” Rusiyanın taliblərə Əfqanıstanda amerikan hərbçilərinə hücum etməsi üçün pul təklif etdiyini yazıb. ABŞ kəşfiyyatına istinadən yayılan bu məlumatı Tramp saxta adlandırıb.