0
Wednesday 1 July 2020 - 10:26

“Pandemiyanın nə vaxt bitəcəyini söyləmək mümkün deyil”

Story Code : 871867
“Pandemiyanın nə vaxt bitəcəyini söyləmək mümkün deyil”
APA-nın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vujnoviç bildirib.

Koronavirusla mübarizə sahəsində altı aylıq dəyərli təcrübə qazandıqlarını deyən ÜST nümayəndəsi qeyd edib ki, bu gün epidemiyanı idarə etmək mümkün olsa da, onun qarşısını almaq üçün konkret vasitə yoxdur: “Buna görə də pandemiyanın sonu haqqında danışa bilmərik".

M.Vujnoviç əlavə edib ki, Şimali Afrika və Yaxın Şərq regionunda koronavirusa yoluxma hallarının bir milyondan çox olması narahatlıq yaradır: "Virusun olmadığı yerlərdə də yoluxma hadisələrinin artacağını gözləmək olar. Orada da infeksiyanın yayılmasının qarşısını almaq üçün tədbirlər görülməlidir".