0
Wednesday 1 July 2020 - 11:02

Tramp Almaniyadan 9,5 min ABŞ hərbçisini çıxarmaq planını təsdiqləyib

Story Code : 871869
Tramp Almaniyadan 9,5 min ABŞ hərbçisini çıxarmaq planını təsdiqləyib
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Jonatan Hoffman məlumat verib.

O bildirib ki, təsdiqlənmiş plan Rusiyanın qarşısının alınmasını sürətləndirməklə yanaşı, həm də ABŞ-ın Avropadakı strateji elastikliyini və əməliyyat şəraitini, manevr qabiliyyətini yaxşılaşdıracaq. 

Yaxın vaxtlarda bu mövzuda Konqresin müvafiq komitələrində brifinqlərin keçiriləcəyi, eyni zamanda NATO müttəfiqləri ilə məsləhətləşmələrin aparılacağı vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl Tramp Berlin NATO-ya ödəmələri gecikdirdiyi üçün Almaniyadakı ABŞ qoşunlarının sayını 34,5 mindən 25 min nəfərə endirəcəyini vəd etmişdi.

Polşa isə öz ərazisində ABŞ qoşunlarının saxlanılması məqsədilə maliyyə ödənişinə hazır olduğunu, təxminən, 1,5-2 milyard dollar xərc çəkməklə bu ölkənin zirehli bölməsini yerləşdirməyi təklif edib.

Polşa Prezidenti, həmçinin, bazaya "Fort Tramp" adının verilməsi təklifi ilə çıxış edib.