QR CodeQR Code

Səudiyyə koalisiyası Yəmənin 5 vilayətini bombaladı

IslamTimes , 2 Jul 2020 00:16

İslamTimes: Uşaq qatili Səudiyyə rejiminin Yəmənə hücumlarının ardı-arası kəsilmir!


Əl-Cəzirə televiziya kanalı hərbi mənbələrə istinadən xəbər verib ki, Səudiyyə koalisiyası bir neçə saat ərzində Yəmənin müxtəlif məntəqələrinə 40-dan çox hava hücumu həyata keçirib.

Hərbi mənbənin verdiyi xəbərə görə, təcavüzkar Səudiyyə koalisiyasının qırıcıları Səna, Mərib, Əl-Bəyza, Əl-Cəvf və Sədə əyalətlərindəki bölgələrə raket zərbələri endiriblər.

Səudiyyə və ABŞ muzdurları bazar ertəsi günü Mərib əyalətindəki Vadi Ubeydə bölgəsindəki Əl-Hətik məntəqəsinə xüsusi qəddarlıqla hücum edib. Tanklarla bu məntəqəyə daxil olan qaniçən Ali-Səud döyüşçüləri evləri viran qoyub, və 7 nəfəri şəhid ediblər. 

Minlərlə körpəni qətliam edən Səudiyyə Ərəbistanının Müdafiə Nazirinin müavini Xalid bin Salman bin Əbdüləziz iddia edib ki, ölkəsi ABŞ ilə birlikdə məntəqədə və dünyada təhlükəsizliyi təmin etmək, əmin-amanlıq yaratmaq üçün ciddi təlaş göstərir.


Story Code: 872007

News Link :
https://www.islamtimes.org/az/news/872007/səudiyyə-koalisiyası-yəmənin-5-vilayətini-bombaladı

Islam Times
  https://www.islamtimes.org