0
Thursday 2 July 2020 - 00:54

İraq Baş Naziri Həşd əl-Şəbi rəsmiləri ilə görüşüb

Story Code : 872009
İraq Baş Naziri Həşd əl-Şəbi rəsmiləri ilə görüşüb
Həşd əl-Şəbi Müqavimət Hərəkatının mətbuat katibi Möhnəd Əl-İqabi bildirib ki, bu görüş gərgin atmosferi yumşaltmaq məqsədi ilə baş tutub.

Toplantı əl-Dura bölgəsindəki hadisədən sonra baş tutub. Bu hadisədə İraq Təhlükəsizlik Qüvvələri xüsusi bir əməliyyatda Müqavimət Cəbhəsinin qərargahına basqın edərək bir neçə hərbçini həbs etmişdi.

İraqlı rəsmi "Shafaq News"-a bildirib ki, İraq Baş Naziri Həşd əl-Şəbi komandirlərini və Terrorizmlə Mübarizə İdarəsi rəsmilərini bir araya gətirib və onların döyüş meydanlarında tərəfdaş və dost olduqlarını bildirib. Əl-Kazimi əlavə edib ki, həm Həşd əl-Şəbi, həm Terrorizmlə Mübarizə İdarəsi İraq Silahlı Qüvvələrinin tərkibində olan rəsmi qrumdur.

Terrorizmlə Mübarizə İdarəsinin birbaşa Mustafa Kaziminin əmri ilə Bağdadın Əl-Dura bölgəsindəki Həşd əl-Şəbi hərbçilərinin  qərargahına basqın etdiyi bildirilir.

Saxlanılan Müqavimət Cəbhəsi əskərlərinin diplomatik bölgə olan Bağdadın Yaşıl Bölgəsinə raket atılmasında iştirak etdikləri ddia olunsa da bu iddianı sübut etmək mümkün olmayıb və Müqavimət Cəbhəsi rəhbərləri, elə cə də xalqın etirazlarından sonra onlar sərbəst buraxılıblar.
Source : IslamTimes