QR CodeQR Code

Çin səfiri Honkonqla bağlı qanuna görə Britaniya XİN-ə çağırılıb

2 Jul 2020 08:38

İslamTimes: Çin Xalq Respublikasının (ÇXR) Böyük Britaniyadakı səfiri Lyu Syaomin Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinə çağırılıb.


Buna səbəb Honkonqda milli təhlükəsizliyin təmin edilməsinə dair rəsmi Pekin tərəfindən qəbul edilmiş qanun layihəsi olub.

APA xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Məlumata görə, görüşdə Forin ofisi adından Britaniyanın Xarici İşlər nazirinin müavini Saymon Makdonald iştirak edib. O, çinli diplomata bu qanunun qəbul edilməsi ilə əlaqədar Londonun “dərin narahatlığ”ını çatdırıb. Bildirilir ki, ÇXR səfiri Honkonq məsələsinə görə tarixdə ikinci dəfədir Britaniya XİN-ə çağırılır.

Britaniya XİN məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

 


Story Code: 872028

News Link :
https://www.islamtimes.org/az/news/872028/çin-səfiri-honkonqla-bağlı-qanuna-görə-britaniya-xin-ə-çağırılıb

Islam Times
  https://www.islamtimes.org