QR CodeQR Code

Mosul şəhərinin İŞİD tərəfindən işğalında ABŞ-ın rolu

2 Jul 2020 15:43

İslamTimes: İraqın sabiq baş naziri Nuri əl-Maliki 2014-cü il 10 iyun tarixində İŞİD-in Mosul şəhərini ələ keçirməsi haqda yeni detalları açıqlayıb.


Sabiq baş nazir deyib: "Bağdadın 400 km-liyində yerləşən İraqın ikinci böyük şəhəri olan Mosul ilk öncə İraq ordusu və İŞİD qarşısında dayana biləcək qüvvələr arasında ixtilaf yaradılması ilə gerçəkləşdi."

Nuri əl-Maliki əlavə edib: "Suriyada böhranın dərinləşdiyi günlər, Dəməşqin Ən-Nüsrə və İŞİD-in terror əməliyyatları nəticəsində süqutu ehtimalı güclənirdi. Hətta dövlətə qarşı çıxan hərbçilər belə terrorçularla yanaşı təpədən dırnağadək silahlanmışdılar. Dəməşqin süqut astanasında olduğu zaman onlar İraqa hücum etdi. O çətin dönəmdə ABŞ açıq şəkildə bildirdi ki, İŞİD-lə mübarizə üçün İraqa silah verməyəcək. Amma İran və Rusiya silah anbarlarının qapılarını bizim üzümüzə açdı...

ABŞ həmin dönəmdə bizim qələbə qazanmağımızı istəmirdi. O zaman rəsmi Vaşinqton bir dəfə olsun belə İŞİD və terrorizmi dəstəkləyən dövlətləri, tam bir il beynəlxalq magistral yolu bağlayan üsyançıları tənqid etmədi." 

Nuri əl-Maliki ABŞ-ın İraqdakı qüvvələrinin bu ölkədən çıxarılması ilə bağlı qərar qəbul etdikdən sonra ABŞ onu cəzalandırmaq üçün İraqda qarışıqlıq yaratmağa, terroristlərə qarşı mübarizəyə əngəl olmağa çalışıb.

Maliki deyib ki, o dönəm ABŞ-ın müdafiə naziri açıq şəkildə bildirdi ki, Nuri əl-Maliki dövləti iş başında olduğu zaman biz İraqa yardım etməyəcəyik!


Story Code: 872120

News Link :
https://www.islamtimes.org/az/news/872120/mosul-şəhərinin-işid-tərəfindən-işğalında-abş-ın-rolu

Islam Times
  https://www.islamtimes.org