QR CodeQR Code

Pompeo: Əgər bu sübuta yetsə Rusiyaya müvafiq cavab veriləcək

2 Jul 2020 16:55

İslamTimes: "Rusiyanın hərbçilərimizə qarşı fəaliyyəti təsdiqlənsə, müvafiq cavab veriləcək"


Fox News telekanalına verdiyi müsahibədə ABŞ dövlət katibi Mayk Pompeo iddia edib ki, heç bir hökumət Tramp administrasiyası qədər Rusiyanı boykot etməyib.

Mayk Pompeo daha sonra deyib ki, Rusiyanın dünyanın istənilən bir nöqtəsində, xüsusən də Əfqanıstanda ABŞ qoşunlarına qarşı fəaliyyət göstərdiyi üzə çıxsa prezident Tramp buna müvafiq cavab verəcək.

Bu yaxınlarda New York Times qəzeti adının gizli saxlanılmasını istəyən mənbəyə istinadən xəbər verib ki, Rusiyanın Baş Kəşfiyyat İdarəsi (GRU) Taliban silahlılarına ABŞ və ya NATO-nun Əfqanıstandakı hərbiçilərini öldürmək müqabilində pul təklif edib.

Rusiya tərəfi isə bu xəbərin əsassız olduğunu bildirib və Rusiya ilə Taliban arasında hər hansı əlaqə olmadığını qeyd edib.


Story Code: 872124

News Link :
https://www.islamtimes.org/az/news/872124/pompeo-əgər-bu-sübuta-yetsə-rusiyaya-müvafiq-cavab-veriləcək

Islam Times
  https://www.islamtimes.org