0
Thursday 2 July 2020 - 17:24

Əsası qonşu ölkələrin ərazilərini oğurlamaqla qoyulan İsraili rəsmi olaraq tanımırıq!

Story Code : 872129
Əsası qonşu ölkələrin ərazilərini oğurlamaqla qoyulan İsraili rəsmi olaraq tanımırıq!
Malaziyanın bir neçə ay öncə istefa vermiş baş naziri Mahatir Məhəmməd bildirib ki, ölkəsi işğalçı İsrail ilə rabitələrin adiləşdirilməsi prosesini qəbul etmir və Qüdsün İsrail tərəfindən işğal olunmuş Fələstin ərazilərinin paytaxtı elan edilməsinə qarşıdır. 

Sabiq baş nazir Əl-Məyadin kanalı ilə müsahibəsi zamanı deyib: "Fələstin məsələsi danışıqlar yolu ilə həll edilməlidir. Amma sionist rejimin bu gün etdikləri beynəlxalq qanuna ziddir. BMT bu məsələni Beynəlxalq Məhkəmədə müzakirə etməlidir. Dünyanın heç yerində heç kəs başqasının ərazisinə sahiblənib, bu torpaqların özünə məxsus olduğunu iddia edə bilməz. Amma bu gün bütün İsrail Fələstin ərazilərinin işğalı nəticəsində qurulub.

Mən bir zamanlar Yasir Ərəfata dedim ki, mübarizəniz uzun sürəcək. Yaxşı olar ki, təkcə küçələrdə deyil, diplomatik ərsədə də mübarizəni genişləndirəsiniz. 

Biz elə ilk günlərdən İsraili rəsmi dövlət olaraq tanımaqdan imtina etdik. Bu gün də bizimlə İsrail rejimi arasında heç bir diplomatik əlaqə yoxdur. Amma təəssüflər olsun ki hazırda bəzi dövlətlər bu mövzuda fərqli siyasət yürüdürlər."

Mahatir Məhəmməd sözlərinin davamında ABŞ-da irqçilik problemi ilə bağlı deyib: "Bu gün ABŞ-da həqiqi demokratiya yoxdur. Onlar qaradərililərə qarşı insaflı, ədalətli davranmır. Biz ABŞ-ın bu ədalətsizliyini hər kəsə bildirmək üçün qaradərililəri müdafiə etməliyik." 
Source : IslamTimes