0
Saturday 4 July 2020 - 09:06

İrandan Azərbaycana jest: Araza su buraxıldı - Şad xəbər

Story Code : 872357
İrandan Azərbaycana jest: Araza su buraxıldı - Şad xəbər
Bu stansiyalar da əsasən Araz çayı üzərində yerləşən və 6 rayonun 170 min hektar sahəsinə xidmət edən Baş Muğan və ondan ayrılan kanallardan qidalanır.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-dən Teleqraf.com-a bildirilib ki, xidmət etdiyi əkin sahələri nəzərə alınaraq rayonlararası su bölgüsü limitləri hazırlanıb və suyun miqdarı nəzərə alınaraq su bölgüsü təsdiq edilmiş limit daxilində verilir.

Son vaxtlar Araz çayında suyun sərfi azaldığından digər rayonlarla yanaşı, Saatlı rayonuna verilən suyun həcmi da müəyyən qədər aşağı düşüb. Rayon ərazisində də kəndlərarası su bölgüsü tərtib edilmiş qrafik əsasında aparılır. Bu səbəbdən bir sıra kəndlərdə su təminatında çətinliklər yaranır. Yaranmış çətinliklər nəzərə alınaraq, İran İslam Respublikası ilə birgə istismar olunan Araz su anbarından buraxılan suyun həcmi artırılıb və növbəti həftənin 1-ci günü axşama rayona tələbata uyğun suyun verilməsi təmin ediləcək. Qeyd olunanlar barədə rayon rəhbərliyi, dövlət aqrar inkişaf mərkəzi və su istifadəçiləri məlumatlandırılıb.

Rayonun Nabatkənd və Çolpu kəndlərinə kommunal-məişət ehtiyacları üçün suyun verilməsinin təcili bərpa edilməsi barədə yerli istismar idarəsinə ciddi tapşırıq verilib. Hazırda bu istiqamətdə işlər aparılır və iş nəzarətə götürülüb.