QR CodeQR Code

İngiltərənin Yəməndəki müharibə cinayətlərində rolu var

IslamTimes , 4 Jul 2020 16:31

İslamTimes: İngiltərə Hərbi Hava Qüvvələri 2019-cu ildə Səudiyyə hərbçiləri və pilotlarına döyüş təyyarələrindən istifadə edərək Yəməndə əməliyyatlar keçirməyə kömək edib.


"Daily Maverick" saytı xəbər verir ki, İngiltərə Hərbi Hava Qüvvələri Səudiyyə koalisiyasının silahsız Yəmən xalqını bombalamasına kömək edib.

Qəzet cümə günü yayımladığı xəbərdə bildirib ki, İngiltərə Hərbi Hava Qüvvələri 2019-cu ildə Səudiyyə hərbçiləri və pilotlarına döyüş təyyarələrindən istifadə edərək Yəməndə əməliyyatlar keçirməyə kömək edib.

Qəzetin verdiyi xəbərə əsasən, ingilislərin Yəmənə qarşı fəaliyyətləri təkcə Səudiyyə rejiminə hərbi yardım və uçuş təlimi ilə məhdudlaşmır. İddiaya görə Səudiyyə koalisiyasında olan digər bir ölkə qüvvələri də (böyük ehtimalla bu BƏƏ-dir) İngiltərənin 12 hərbi bazasında təlim keçib.

Daily Maverick-in verdiyi məlumata görə, bu günədək 300-dən çox Səudiyyə hərbçisi İngiltərə Hərbi Hava Qüvvələrinin altı hərbi bazasında təlim keçib və Səudiyyə pilotları üçün təlimlər hələ də davam edir və təlim kursları 4 il sürür.

Səna şəhərindəki Yəmən Milli Qurtuluş Hökuməti rəsmiləri dəfələrlə Səudiyyə koalisiyasının hücumlarını ABŞ-Britaniya-Səudiyyə hərbi əməliyyatı adlandırıb və Yəmənə hücumda ərəb olmayan qüvvələrin olduğunu vurğulayıb. Ötən il ABŞ qüvvələrinin əməliyyat otaqlarında Səudiyyə koalisiyasına kəşfiyyat əməliyyatlarında kömək etdiyi ilə bağlı görüntülər yayılmışdı.

Qeyd edək ki, Səudiyyə Koalisiyasının Yəmənə hava hücumları nəticəsində ölən və ya ağır yaralanan yəmənli uşaqların sayı 7732 nəfər təşkil edir! Yəmənin mühasirəsi isə 5 yaşınadək olan təxminən 2 milyon yarım yəmənli uşağa ölümcül təsir edib. Bu körpələrin qidalanmasında kəskin problemlər yaranıb.


Story Code: 872493

News Link :
https://www.islamtimes.org/az/news/872493/ingiltərənin-yəməndəki-müharibə-cinayətlərində-rolu-var

Islam Times
  https://www.islamtimes.org